Çoxları sosial medianın yaranmasını Mark Zuckerberg və Facebook ilə əlaqələndirsədə, onun yaranması daha əvvəlki tarixlərə təsadüf edir. İlk yaranan sosyal şəbəkə 1997-ci ildə qurulan Six Degrees idi. Bundan sonra Friendster adlı sosial şəbəkə yaradıldı və bu şəbəkə asasən Asiya ölkələri arasında daha məşhur idi. Bu sosial media şəbəkələri şəxsi profillər açmağa, yeni dostlar tapmağa və kontentləri paylaşmağa kömək edirdi. Lakin sosial medianın əsas məşhurlaşması və geniş istifadə edilməsi Facebookun yaradılması ilə bağlı oldu. Smartfonların yaradılması ilə sosial media saytlarının populyarlığı və istifadəsi artdı. Sosial media insanların ünsiyyət qurmasını və məlumatları paylaşmasını böyük ölçüdə asanlaşdırdı. Sosial media platformaları həm də biznesin inkişafına kömək edir və marketinq strategiyasının əsasını özündə birləşdirir. Müasir dövrdə bizneslərin 85 faizi sosial media platformalarından yararlanırlar. Hazırda sosial media həyatımızın bir parçasına çevrilib və o cəmiyyətin və biznesin inkişafı üçün zəruri bir ehtiyacdır.