27
mar
2023
Mobil Tətbiqlər
Mobil proqramlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mobil proqramlar smartfonlar və tabletlərdə istifadə üçün nəzərdə tutulmuş proqramlardır. İlk mobil proqram 1997- ci ildə Nokia tərəfindən yaradılan "Snake" oyunu hesab edilir. Mobil proqramlar təklif etdiyi geniş funksionallıqlar bir çox məqsədlər üçün istifadə edilir. Mobil proqramların təhsil, oyun, əyləncə, sosial şəbəkə və digər bu kimi növləri var. Bundan əlavə, Mobil proqramlar mobil cihazlarda istifadə üçün nəzərdə tutulduğundan istifadəçilər üçün bir çox fürsət və imkanlar təklif edir, daha intuitiv və asan istifadə imkanı yaradır. Digər bir faydası isə kompyuter olmadan və hətta bəziləri internet olmadan da istifadə edilə bilirki bu da onlardan istifadəni artırır. Mobil proqramlar daha sürətli istifadə üçün dizayn olunmuşdur. Bu proqramlar təkcə brendin tanınmışlığını və ona qarşı inamı artırmır, həm də istifadəçilər haqqında daha geniş və dolğun informasiya toplamağa şərait yaradır.